Niderlandın NOS nəşrində yer alan xəbərə görə, PSV klubu Kodi Qakponun transfer qiymətini açıqlayıb. Belə ki, mundialın ən yaxşı bombardirlərində biri sayılan Qakponu transfer etmək istəyən klub PSV-yə 75 milyon avro ödəməli olacaq. Son yayılan xəbərlərə görə, futbolçu ilə «Mançester Yunayted» və Madrid «Real»ı yaxından maraqlanır. «Barselona» skautları da Qakponu mundialda izləməklə onun transferində maraqlı olduqlarını gizlətmirlər.
Anar