Sterlinq Qətərə qayıdır

Sterlinq Qətərə qayıdır

İngiltərə milli komandasının futbolçusu sabah Qətərə qayıdır. «Sportsmail»in yaydığı xəbərə görə, o, yığma komandanın əsas məşqlərindən birini buraxmalı olacaq. Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Rahim Sterlinqin İngiltərədəki evi soyğuna məruz qalmışdı. Futbolçu bu səbəbdən yığmanın düşərgəsini tərk edərək, öz evinə baş çəkmişdi.