İngiltərə yığmasında dəyişiklik gözlənilmir

İngiltərə yığmasında dəyişiklik gözlənilmir

İngiltərə Futbol Federasiyası hazırki baş məşqçi Qaret Sautqeytlə yollarını davam etdirməyi düşünür. Artıq ona Avro-2024-də yığma komandanın sükanı arxasında olması ilə bağlı təklif göndərilib. Qeyd edək ki, İngiltərə millisi hazırda Qətərdə keçirilən mundialda çıxışını davam etdirir. Onlar ¼ final qarşılmasında, dekabrın 10-da Fransa ilə üz-üzə gələcəklər.