Bakı Texniki Kollecinin komandası gümüş medala sahib çıxdı - FOTO

Bakı Texniki Kollecinin komandası gümüş medala sahib çıxdı - FOTO

Universitet və kolleclər arasında keçirilən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər kuboku” turnirinə yekun vurulub. 8 komandanın iştirak etdiyi yarışda Bakı Texniki Kollecinin tələbələri də iştirak ediblər. 1/4 finalda Azərbaycan Tibb Universitetinin komandasına 6:2 hesabı ilə qalib gələn kollec təmsilçiləri növbəti mərhələdə Memarlıq və İnşaat Kollecindən güclü olub -2:1. Final görüşündə isə Azərbaycan Neft və Sənaye Universitetinin komandasına 4:2 hesabı ilə məğlub olan BAkı Texniki Kollecinin komandası ikinci yerə layiq görülüb.

Yarışın qalibləri diplom və medallarla təltif olunublar.

Bu uğurların qazanılmasında kollecin Bədən Tərbiyəsi rəhbəri sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Aydın Kazımbəyovun müstəsna rolu var. Belə ki, kollecin komandası məhz Aydın Kazımbəyovun rəhbərliyi altında bu turnirdə uğurla çıxış edib.

Qeyd edək ki, Bakı Texniki Kollecinin komandası daha əvvəl də A.Kazımbəyovun rəhbərliyi altında belə yarışlarda qalib və mükafatçılar sırasında yer alıb.

 

Azər

Bakı Texniki Kollecinin komandası gümüş medala sahib çıxdı - FOTO Bakı Texniki Kollecinin komandası gümüş medala sahib çıxdı - FOTO Bakı Texniki Kollecinin komandası gümüş medala sahib çıxdı - FOTO Bakı Texniki Kollecinin komandası gümüş medala sahib çıxdı - FOTO