Futbol üzrə İspaniya milli komandasına yeni baş məşqçi təyin olunub. Luis Enrikenin istefasından sonra baş məşqçi vəzifəsi Luis de la Fuenteyə həvalə edilib. Altmış bir yaşlı məşqçi ilə dekabrın 12-də rəsmi müqavilənin imzalanacaq. De la Fuente bundan əvvəl İspaniyanın U-21 yığmasına rəhbərlik edib.
Xatırladaq ki, İspaniya komandasının dünya çempionatının səkkizdəbir finalında Mərakeş millisinə məğlub olması Luis Enrikenin istefası ilə nəticələnib.