Son çempion kubok oyununda heç-həçə etdi

Son çempion kubok oyununda heç-həçə etdi

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib. Turnirin son qalibi “Qarabağ” “Qəbələ”ni qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatıb.

“Azersun Arena”da təşkil olunacaq görüşdə hesabı qonaqlar açıblar. 25-ci dəqiqədə Emil Səfərov fərqlənib. Birinci hissə “Qəbələ”nin üstünlüyü ilə yekunlaşıb. 56-cı dəqiqədə hesabı bərabərləşdirən Musa Qurbanlı 84-cü dəqiqədə komandasını önə keçirib. Görüşdə son nöqtəni isə Omar Hani qoyub. İordaniyalı yarımmüdafiəçi 87-ci dəqiqədə vurduğu topla “Qəbələ”ni məğlubiyyətdən xilas edib.

Bu komandalar arasında cavab oyunu dekabrın 19-da təşkil olunacaq.