Bu gün ölkə kubokunda 1/4 finalın ilk qarşılaşmalarına yekun vurulacaq

Bu gün ölkə kubokunda 1/4 finalın ilk qarşılaşmalarına yekun vurulacaq

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları davam edir. Bu gün kubok oyununda daha iki qarşılaşma təşkil olunacaq. Günün ilk oyununda "Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq. Gəncə şəhər stadionunda oynanılacaq oyunun start fiti saat 14:00-da veriləcək. Matçı Rauf Allahverdiyev idarə edəcək.

Günün sonuncu oyununda isə "Sabah" və "Səbail" klubları münasibətlərinə aydınlıq gətirəcək. "ASCRO Arena"da təşkil olunacaq oyunu baş hakim Nicat İsmayıllı idarə edəcək.

Bugünkü qarşılaşmalardan sonra ölkə kubokunda 1/4 final məhələsinin ilk oyunlarına yekun vurulacaq.

Xatırladaq ki, dünən start götürən 1/4 finalın əvvəlki oyunlarında "Zirə" doğma meydanda "Neftçi"yə minimal hesabla qalib gəlib -1:0. Son çempion "Qarabağ" isə "Qəbələ" ilə oyunda heç-heçə oynayıb. Görüş 2:2 hesabı ilə başa çatıb. 1/4 final mərhələsinin cavab oyunları dekabrın 19-20-də təşkil olunacaq.