Azərbaycanın badminton üzrə məşqçiləri Danimarkanın Brondbü şəhərində keçirilən beynəlxalq seminarda iştirak ediblər. Təcrübə təlimində gənc mütəxəssislər Orxan Qələndərov və Kənan Rzayev iştirak ediblər.
Seminar Danimarka Badminton Federasiyası ilə əməkdaşlıq çərçivəsində Avropa Badminton Konfederasiyası tərəfindən təşkil olunub. Avropanın müxtəlif ölkələrindən iştirak üçün dəvət olunan məşqçilər ölkədə badmintonun uğurlu inkişaf strategiyası, məşqçilərin iş prinsipləri ilə yaxından tanış olublar.
Seminar gənc badminton məşqçilərinin müəyyən təcrübə qazanması və bunu gələcəkdə öz fəaliyyətlərində tətbiq etməsi baxımından böyük imkanlar yaradır.
Azərbaycanlı məşçilər beynəlxalq seminarda iştirak ediblər