"Messi bizim üçün çox işlər görüb"

"Messi bizim üçün çox işlər görüb"

PSJ-nin prezidenti Nasser Əl-Helaifi argentinalı Leonel Messinin klubdakı gələcəyi barədə suallara aydınlıq gətirib. Gələn ilin yayında klubla müqaviləsi başa çatan Messi barəsində Əl-Helaifi bunları deyib: «Messi hazırda yığma komandada çox xoşbəxtdir. Əgər futbolçu xoşbəxt deyilsə, bu yığma komandada özünü dərhal büruzə verir. Messi bizim üçün çox işlər görüb. Hələ mundialdan qabaq onunla yeni müqavilə ilə bağlı ayaqüstü söhbət etmişəm. Razılaşmışıq ki, mundialdan sonra ortaq bir məxrəcə gələk. O da bizdən razıdır. Hesab edirəm ki, Messi ilə hələ uzun müddət bir yerdə olacağıq»  

 

Anar