Arsen Venger qərarını açıqladı

Arsen Venger qərarını açıqladı

Tanınmış futbol mütəxəssisi Arsen Venger dünya çempionatının iki ildən bir keçirilməsinə qarşıdır. Bu barədə FİFA-nın qlobal futbolun inkişafı departamentinin rəhbəri olan fransalı mütəxəssis "LEquipe" nəşrinə açıqlamasında bildirib. O qeyd edib ki, FİFA buna doğru getmir:
"Onlar məndən bu barədə düşünməyimi istədilər və mən pis ideya olmadığını dedim. Amma bu, seçmə mərhələ təqviminə tam yenidən baxılmasını tələb edəcək. Bu gün biz buna doğru getmirik. Daha çox dörd illik tsiklə üstünlük veririk. Getdikcə vacib turnirə çevrilən qadınlar arasında dünya çempionatı, Avropa çempionatı və klublararası dünya çempionatı var. Bunların hamısını nəzərə almaq lazımdır".