«Hərdən istəyir ki, biz onunla hesablaşaq»

«Hərdən istəyir ki, biz onunla hesablaşaq»

Portuqaliya yığma komandasının baş məşqçisi Fernandu Santuş yığmanın kapitanı Ronaldu ilə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, hazırda futbolçu ilə aralarında xırda anlaşılmazlıqlar hökm sürür. «Ronaldu öz işinin peşəkarıdır. Lakin hərdən istəyir ki, biz onunla hesablaşaq. Bu isə mümkün deyil. Yığma komandamız Ronaldudan ibarət deyil. İsveçrə ilə qarşılaşmadan əvvəl nahar vaxtı ona bildirdim ki, sən ehtiyatda oturacaqsan. Bu qərarımı könülsüz qəbul etdi. Amma heç vaxt bildirməyib ki, mən yığmanın düşərgəsini tərk edirəm», - deyə Santuş bildirib.