Beşqat dünya çempionları mundialla vidalaşdı

Beşqat dünya çempionları mundialla vidalaşdı

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında yarımfinalın ilk iştirakçısının adına aydınlıq gəlib. Bu 1/4 finalda Braziliyaya penaltilər seriyasında qalib gələn Xorvatiya millisidir. Matçın ilk 90 dəqiqəsində tərəflərdən heç biri fərqlənə bilməyiblər.

Matçın əlavə dəqiqələrində “sambaçılar” hesabı açıblar. 105+1-ci dəqiqədə Neymar fərqlənib. 117-ci dəqiqədə isə “damalılar” Bruno Petkoviçin qolu ilə hesabdakı tarazlığı bərpa edib – 1:1.

Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Ötən mərhələdə olduğu kimi, Xorvatiya millisi bu dəfə də penaltilərdə üstün olub. Beşqat dünya çempionlarını 4:2 hesabı ilə məğlub edən Zlatko Daliçin komandası adını yarımfinala yazdırıb.

“Damalılar” finala vəsiqə uğrunda oyunda bu gün keçiriləcək Niderland - Argentina cütünün qalibi ilə qarşılaşacaq.