Madrid «Real»ının və Braziliya millisinin vingeri Vinisius Junior özünə məxsus sosial şəbəkə postunda daha iddialı fikirlər bildirib. «Meydanda, soyunub-geyinmə otağında, təyyarədə, evdə dayanmadan ağlamışam. Biz çempionluğa necə də, yaxın idik. Bu fikirləri bir neçə dəfə yazıb, pozmuşam. Amma indi pozmuram. İstəyirəm hamı oxusun. Məyusluğumu ifadə edəcək bundan yaxşı cümlələr tapa bilmirəm. Tanrının planın bizim plandan daha yüksəkdədir. Lakin həyat davam edir. Əminəm ki, biz milyonlarla azarkeşimizi məyus etmişik. Amma təslim olan deyilik. Dörd ildən sonra yenidən biz dünya çempionu titulu uğrunda mübarizə aparacağıq. Bax, həmin vaxt hamı Braziliyanın qələbəsindən danışacaq. Bir qədər səbrli olun», - deyə Vinisius qeyd edib.
Anar
 
             
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
         
                         
                         
                         
                         
                         
                         
                         
                        


 
                        jpeg-1761331217.jpeg) 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        