Fransa milli komandasının baş məşqçisi Didye Deşam İngiltərə yığması ilə görüşdən (2:1) sonra rəqib barəsində fikirlər bildirib.
«Olduqca möhtəşəm bir qarşılaşma oldu. Biz əsil rəqiblə sona qədər mübarizə apardıq. Rəqibin güclü olanda, qalibiyyətin özü də dadlı və unudulmaz olur. Bizi qarşıda daha böyük sınaqlar gözləyir. Finala gedən yol asan olmayacaq», - deyə Deşam L Equipe nəşrinə danışıb.
Anar