Ötən həftəsonu qadın həndbolçular arasında Azərbaycan çempionatının növbəti oyunları keçirilib. Üçüncü turun ilk matçında meydançaya “Azəryol” və “Qarabağ” komandaları çıxıblar. Gərgin mübarizə ilə yadda qalan görüşün ilk hissəsində 6 top fərqi il önə keçən “Azəryol” fasilədən sonra da təşəbbüsü əldən verməyib. Qarşılaşma 33:30 hesabı ilə sonuncunun xeyrinə başa çatıb. U-16 – “İdman Akademiyası” kollektivlərinin görüşündə nominal qonaqlar inamlı oyun sərgiləyiblər. İlk hissəni 27:14 hesabı ilə irəlidə başa vuran “tələbələr”dən ibarət komanda qalan vaxtda üstünlüyü daha da artırıb - 47:21.