Ümummilli liderHeydər Əliyevin əziz xatirəsinə həsr olunan 18 yaşlıların J4 Baku (Grade 4) beynəlxalq reytinqli tennis turnirinin ikinci mərhələsinə yekun vurulub. Turnir Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ərsəyə gəlib. Yarışda Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, İtaliya, Kanada, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukraynanı təmsil edən 67 tennisçi qalib adı uğrunda mübarizə aparıb. Turnirdə yerli idmançılardan Tamerlan Əzizov, Kənan Qasımov, Elvin Həşimov və Diana Yakovleva da bacarığını nümayiş etdirib. Azərbaycan təmsilçilərinin, xüsusilə də T.Əzizovun əzmkar çıxışı diqqətlərdən yayınmayıb.
Bakı Tennis Akademiyasında keçirilən turnir eyni zamanda reytinq xarakteri daşıyıb.Burada qələbə qazanan idmançılar öz reytinq xallarını daha da yüksəldiblər.