Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirə yekun vuruldu

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirə yekun vuruldu

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Qəbələ Olimpiya İdman Kompleksində keçirilən futzal üzrə xatirə turnirinə yekun vurulub. Bir aya yaxın davam edən turnirdə rayonun idarə, müəssisə və təşkilatlarını təmsil edən 12 komanda mübarizə aparıb.

turnirin final oyununda Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzinin və “Xanlar” istirahət mərkəzinin komandaları qarşılaşıblar. FHN-in Regional Mərkəzinin komandası rəqiblərini məğlub edərək turnirin qalibi adını qazanıb. Qəbələ Rayon Polis Şöbəsinin komandası turniri üçüncü pillədə başa vurub.

Turnirin qaliblərinə kubok və diplomlar təqdim edilib.