Mərakeş millisinin üzvü Hakim Ziyeş təqdirəlayiq addım atıb. 29 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin yarımfinalına yüksəldiyinə görə federasiya tərəfindən onun payına düşən mükafatı almayacağını açıqlayıb. Ziyeş bu pulu imkansız ailələr üçün ayırdığını bildirib. Lakin federasiyanın futbolçulara ayırdığı məbləğ məlum deyil. Ziyeş bunu da qeyd edib ki, milli komandadakı çıxışlara görə heç vaxt mükafat və pul almayıb. Qeyd edək ki, Mərakeş DÇ-2022-nin yarımfinalında Fransa ilə qarşılaşacaq.
Xatırladaq ki, Ziyeş 2015-ci ildən Mərakeş millisinin üzvüdür. O, həmçinin "Çelsi"nin futbolçusudur.