DÇ-2022-nin 1/4 finalında keçirilən Niderland - Argentina oyununu (2:2, penaltilər - 3:4) idarən baş hakimi Mateus Laosa bu mundialda bir daha təyinat verilməyəcək. Buna səbəb ispaniyalı referi həmin matçı zəif idarə etdiyinə görə FİFA Hakimlər Komitəsi bu qərar verib.
Laosun qərarları futbolçular arasındakı gərginliyə səbəb olub. O, görüşdə 17 futbolçuya sarı vərəqə göstərib.
Qeyd edək ki, FIFA adıçəkilən qarşılaşmanın ardından futbolçuların intizamsız davranışına görə Argentina Futbol Assosiasiyasına, eləcə də baş hakimin ünvanına tənqidi fikirlər səsləndirdiyi üçün Lionel Messi və Emiliano Martinesə qarşı iş açıb.