Noppert "Herenven"dən gedir?

Noppert "Herenven"dən gedir?

​Niderland millisinin və "Herenven" klubunun qapıçısı Andris Noppert yeni klubda əlcək geyinə bilər. Boyu 203 santimetr boya malik qolkiperin xidmətində "Ayaks" maraqlıdır.

Xəbərə görə, sıralarında 3 qolkiper - 39 yaşlı Remko Pasver, 40 yaşlı Marten Stekelenburq və 22 yaşlı Cey Qorter olan Amsterdam təmsilçisi Noppertin "çərçivə"də ciddi rəqabət yaradacağına əmindir. Mənbə Andris transfer ediləndən sonra gənc Qorterin başqa komandaya icarəyə veriləcəyini vurğulayıb.

Qeyd edək ki, Noppert mundialın 1/4 finalında Argentinaya oyunsonrası penaltilərlə uduzan Niderlandın Qətərdə çıxdığı bütün matçlarda əsas çərçivə sahibi olub.