AFFA-nın, Göyçay Rayon İcra Hakimiyyətinin və Uşaq-Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Göyçayda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib. Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, deputat Sabir Hacıyev, Göyçay Rayon Gənclər və İdman İdarəsinin müdiri Elşən Şirinov iştirak ediblər.
Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbliyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.