Azərbaycan Premyer Liqasında daha iki oyun

Azərbaycan Premyer Liqasında daha iki oyun

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha 2 oyunu keçiriləcək. Günün ilk oyunu Gəncədə təşkil olunacaq.Çempionatın 9-cu pilləsində yer alan "Kəpəz” komandası ikinci pillədə qərarlaşan "Sabah"I qəbul edəcək. Bu komandalar indiyədək ölkə çempionatında yalnız 1 dəfə qarşılaşıblar. Mövsümün ilk dövrəsinə təsadüf edən qarşılaşmada "Sabah"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün son oyununda isə 9 xalla sonuncu pillədə qərarlaşan "Sumqayıt" 10 xalla 8-ci olan "Səbail"i qəbul edəcək. Bu, iki kollektivin Premyer Liqada yubiley - 20-ci dueli olacaq. Əvvəlki 19 matçın 9-da "gənclik şəhəri" təmsilçisi, 7-də isə "dənizçilər" sevinib. 3 görüşdə qalib müəyyənləşməyib.

Qeyd edək ki, XVII turun əvvəlki oyunlarında "Zirə" Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib, "Qarabağ" isə "Qəbələ"yə minimal hesabla qalib gəlib - 1:0. Tura dekabrın 15-də keçiriləcək "Turan Tovuz" - "Neftçi" oyunu ilə yekun vurulacaq.