Noyerin əvəzedicisi Zaqrebdə çıxış edir

Noyerin əvəzedicisi Zaqrebdə çıxış edir

Xorvatiya yığma komandasının qapıçısı Dominik Livakoviç bir sıra futbol klublarının diqqət mərkəzinə düşüb. Xüsusilə Münhen «Bavariya»sı Manuel Noyerin vəzzləyicisi kimi məhz gənc qapıçını heyətə cəlb etməkdə israrlıdır. Hazırda Dinamo «Zaqreb»inə məxsus olan Livakoviçin transferi üçün qarşı tərəfdən ən yazı 10 milyon avro tələb olunur. Məlumat üçün bildirək ki, Manuel Noyer xizəklə sürüşərkən ayağını sındırıb. Futbolçunun bərpası ən azı gələn ilin yayına qədər davam edəcək.