"Məncə, kimin qalib gələcəyi artıq yazılıb"

"Məncə, kimin qalib gələcəyi artıq yazılıb"

"Milan"ın futbolçusu Zlatan İbrahimoviçin qalmaqallı açıqlamaları davam edir. İsveçli hücumçu Argentinanın DÇ-2022-nin qalibi olacağının əvvəlcədən planlaşdırıldığını bildirib.

O, Argentina yığmasının kapitanı Lionel Messinin kuboku qazanacağının artıq yazıldığını bildirib: "Məncə, kimin qalib gələcəyi artıq yazılıb və siz kimi nəzərdə tutduğumu başa düşürsünüz. Bilirəm ki, Messi bu dəfə kuboku qaldıracaq".

 

Anar