Musa Qurbanlı Polşa klubunun maraq dairəsində

Musa Qurbanlı Polşa klubunun maraq dairəsində

Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı karyerasını Polşada davam etdirə bilər. “Poqon” klubu 20 yaşlı oyunçunun xidmətində maraqlıdır. Yeni hücumçu axtarışında olan Ekstraklassa təmsilçisi M.Qurbanlını heyətinə cəlb etməyi düşünür.

Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm Azərbaycan Premyer Liqasında keçirdiyi 13 oyunda 11 qol vurub.