Feliksin agenti futbolçunun yerini dəyişir?

Feliksin agenti futbolçunun yerini dəyişir?

Portuqaliyalı hücumçu Joau Feliks paytaxt Madridi tərk etmədən, çıxışını digər klubda davam etdirə bilər. Qoal.com-un yaydığı məlumata görə futbolçunun agenti Jorje Mendeş onu «Real»a təklif edib. 23 yaşlı futbolçu özü də hazırki klubu «Atletiko»nu tərk etmək niyyətindədir. Qeyd edək ki, Feliks «Arsenal»ın baş məşqçisi Mikel Artetadan da Premyer Liqada oynamaq təklifi alıb.