"Dördlər finalı"nın iştirakçıları gələn il müəyyənləşəcək

"Dördlər finalı"nın iştirakçıları gələn il müəyyənləşəcək

UEFA Millətlər Liqasında "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı müəyyənləşib. Tədbir 2023-cü il yanvarın 25-də İsveçrənin Nyon şəhərində keçiriləcək. Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkdə A Liqasında öz qruplarını ilk pillədə bitirən Xorvatiya, İtaliya, Niderland və İspaniya yığmaları iştirak edəcək.

Qeyd edək ki, Niderlandın Rotterdam və Enshede şəhərlərində təşkil olunacaq yarımfinal oyunları 2023-cü il iyunun 14 və 15-də, 3-cü yer uğrunda görüş və final isə 2023-cü il iyunun 18-də keçiriləcək.