«Palmeyras”dan «Real»a

«Palmeyras”dan «Real»a

Madrid "Real"ı “Palmeyras”ın gənc futbolçusu Endriki transfer edib. 16 yaşlı hücumçu ilə 5+3 illik müqavilə imzalanıb. İspaniya klubu bu keçid üçün qarşı tərəfə 72 milyon avro təzminat ödəyəcək. Endrik 2024-cü ilin yayında - 18 yaşı tamam olanda Madrid klubuna keçəcək.

Qeyd edək ki, daha əvvəl Endrikil PSJ və "Çelsi" də heyətinə cəlb etməyə çalışıb.