Ronaldonun Madriddəki hazırlığı davam edir

Ronaldonun Madriddəki hazırlığı davam edir

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo "Real"ın bazasında məşqlərini davam etdirir. 37 yaşlı hücumçu ardıcıl ikinci gündür Madrid klubunun bazasına gedib. O, komandanın məşq meydançalarından birində fərdi qaydada məşq edir. "Real"ın prezidenti Floretino Peres Kriştianoya bildirib ki, Valdebebas onun evidir və lazım olan müddətdə orada məşq edə bilər. Qeyd edək ki, Ronaldo hazırda azad agent statusundadır. O, noyabrda "Mançester Yunayted"lə müqaviləsinə xitam verib.Xatırladaq ki, Ronaldo 2009-2018-ci illərdə "Real"da oynayıb.