Təmsilçimiz 41 idmançı arasında birinci oldu

Təmsilçimiz 41 idmançı arasında birinci oldu

Azərbaycanı dağ xizəyi üzrə yarışlarda təmsil edən İlya Kostov İtaliyanın Santa Caterina Valfurva xizək mərkəzində keçirilən FIS təqviminin beynəlxalq yarışında birinci yeri tutub. Atletimiz “downhill” növü üzrə qalib adına yiyələnib. O, 18 yaşa qədər olan yeniyetmələr kateqoriyasında 11 ölkədən olan 41 idmançı arasında bütün rəqiblərini üstələyib.

Qeyd edək ki, yarışlara 3 yaş kateqoriyası üzrə 11 ölkədən 106 iştirakçı qatılıb.