Dekabrın 16-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə “Prezident kuboku” turnirinə start verilib. Beş komandanın iştirakı ilə təşkil olunan yarışda ümumilikdə 12 oyun keçiriləcək.
Təşkil olunmuş püşkatmanın nəticələrinə əsasən, qrupda komandaların yerləşməsi və gündəlik oyunlar cədvəli müəyyən edilib.
Açılış mərasimindən sonra günün ilk oyununda “Sərhədçi-Dilbaz” komandası “Polad” ilə qarşılaşır. Günün digər oyununda isə “Sərhədçi-Qarabağ” komandası “Buta Qolden” ilə üz-üzə gələcək.
Dekabrın 16-18-də, 20-də və 22-də qrup oyunları, 24-də isə final mərhələsi keçiriləcək. Qrup mərhələsi və final oyunları Binə Atçılıq Mərkəzinin qapalı manejində təşkil olunacaq.