Dekabrın 10-15-də Qazaxıstan Respublikasının Astana şəhərində kazak güləşi idman növü üzrə U-17, U-20, böyüklər arasında dünya birinciliyi və çempionatı keçirilib.
Azərbaycanı bu yarışda Azərbaycan Milli İdman Növləri Assosiasiyasının tərkibində olan kazak güləşi idman növü üzrə komandası təmsil edib. U-17 yaş kateqoriyasında Nicat İsmayılon (60 kq) III yerə sahib olub. U-20 yaş kateqoriyasında isə Ataxan Babayev (60 kq) və Nihad İskəndərov (100 kq) bürünc medalla kifayətlənib. Böyüklər arasında Nəsimi Unbayev isə 55 kq çəkidə II yerə layiq görülüb.