"Uşaqlıqdan dünya çempionatının finalını arzulamışam"

"Uşaqlıqdan dünya çempionatının finalını arzulamışam"

Argentina-Fransa matçının baş hakimi polşalı Şimon Marçinyak təyinatla bağlı fikirlərini bildirib. «Mükəmməl bir oyun gözləyirəm. Hər iki komandanın heyətində ulduz futbolçular yer alıb. Hər saniyə onların ifasında qeyri-adi hərəkətlər gözləniləndir. Mən və köməkçilərim çalışacağıq ki, final fitindən sonra hakimlik haqqında mənfi fikirlər formalaşmasın. Uşaqlıqdan dünya çempionatının finalını arzulamışam. İstəyirdim ki, futbol oynayıb, finala yüksəlim. Arzum yerinə yetdi. Mən final qarşılaşmasının əsas hakimi təyin olundum», - deyə Marçinyak polşalı həmkarlarımıza bunları deyib.