Braziliya millisinə yeni namizəd

Braziliya millisinə yeni namizəd

Futbol üzrə Braziliya millisində baş məşqçi postuna daha bir namizədin adına aydınlıq gəlib. Bu, hazırda İspaniyanın "Betis" klubunun sükanı arxasında olan Manuel Pelleqrinidir.

69 yaşlı mütəxəssis Braziliya Futbol Konfederasiyasının təklifini nəzərdən keçirməyə hazırdır.

Çilili baş məşqçidən başqa Zinəddin Zidan, Karlo Ançelotti, Abel Ferreyra, Fernando Diniz və Dorival Junior da namizədlər siyahısındadır.

Qeyd edək ki, "sambaçılar" Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb. Bu qarşılaşmadan sonra baş məşqçi Tite istefa verdiyini açıqlayıb.