İngiltərə Futbol Assosiasiyası (EFA) millinin baş məşqçisi Qaret Sautgeytin postunda qalacağını təsdiqləyib. Bu barədə EFA rəsmi tviter hesabı vasitəsi ilə açıqlama yayıb.
52 yaşlı mütəxəssis 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında da komandanın sükanı arxasında olacaq.
Qeyd edək ki, Qaret Sautgeyt 2016-cı ilin sentyabrından İngiltərə millisinə başçılıq edir. Böyük britaniyalılar təcrübəli mütəxəssisin rəhbərliyi altında Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Fransaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.