8 ildən sonra ilk dəfə...

8 ildən sonra ilk dəfə...

Qarışıq döyüş növləri (MMA) üzrə sabiq çempion Konor Makqreqor UFC-nin yenilənmiş ən yaxşı 15 döyüşçüsü siyahısına daxil edilməyib. Döyüşçü ilk dəfə 2013-cü ilin avqustunda Maks Hollouini məğlub etdikdən sonra bu siyahıya düşmüşdü.

Qeyd edək ki, K.Makqreqor UFC-də sonuncu dəfə 2021-ci ilin iyulunda amerikalı Dastin Puarye ilə döyüşüb və məğlub olub.

34 yaşlı Makqreqor MMA-da ümumilikdə28 döyüş keçirib, o bu görüşlərin 22-sində qələbə qazanıb, altısında məğlub olub.