Yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq “Təhsil” turnirinə yekun vurulub. Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil etdiyi yarışın sonuncu günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.
Bakı İdman Sarayında keçirilən turnirdə Rəvan Həsənzadə (48 kq), Ayxan Cavadov (55 kq), Murad Zeynalabdinov (65 kq), Orxan Hacıyev (80 kq), Mahir Qurbanlı (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Dünya Güləş Birliyinin təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Fransa, Böyük Britaniya və İsraildən ümumilikdə 200-dən artıq idmançı iştirak edib.