Azərbaycan çempionatının növbəti mükafatçıları

Azərbaycan çempionatının növbəti mükafatçıları

Gənc boksçular arasında Azərbaycan çempionatında 1/8 final mərhələsinə yekun vurulub. Boks Mərkəzində 58 komandanın iştirak etdiyi yarışın dördüncü günündə 32 qarşılaşma keçirilib. Daha 3 çəki dərəcəsində 1/4 finalçılar bəlli olduğu halda, 2 çəkidə yarımfinalçılar müəyyənləşib. 75 kq və 80 kq-da mərhələ adlayan boksçular bununla da özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Yeniyetmə və gənc qızlar, həmçinin qadın boksçuların da Azərbaycan çempionatı başlayıb. Onlar yarımfinalda mübarizə aparıblar. Baş tutan görüşlərdən sonra finalçılar bəlli olub.

Çempionatın beşinci günündə döyüşlər saat 13:00-da başlanacaq.

Qeyd edək ki, yarışın qalibləri dekabrın 22-də bəlli olacaq.