İsrailin Yerusəlim şəhərində cüdo üzrə “Masters” turniri keçirilib. Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə, ilin son yarışı olan turnirdə 58 ölkəni təmsil edən 367 (194 kişi, 173 qadın) cüdoçu qüvvəsini sınayıb. Nüfuzlu yarışda 13 (12 kişi, 1 qadın) idmançı ilə təmsil olunan millimiz turnirdə 1 gümüş və 2 bürünc medal qazanıb. Yığmamızın heyətində Səid Mollayi (-81 kq) gümüş medala sahib çıxıb. Digər cüdoçularımızdan Balabəy Ağayev (-60 kq) və Zelim Kotsoyev (-100 kq) isə çıxışını bürünc medalla başa vurub.