Bu gün Qazaxıstanın Almatı şəhərində şahmatın rapid və blits növü üzrə dünya çempionatına start veriləcək. Dekabrın 30-dək davam edəcək çempionatda 258 qrossmeyster (155 kişi, 103 qadın) qalib adı uğrunda mübarizə aparacaq. Mükafat fondu 1 milyon ABŞ dolları olan yarışda Azərbaycan təmsilçiləri də mübarizə aparacaqlar.
Kişilərin yarışında Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva çıxış edəcək. İlk gündə rapid növündə beş tur oynanılacaq.