Bu gün pəhləvanlarımız “Zaqreb Open”də mübarizəyə başlayırlar

Bu gün pəhləvanlarımız “Zaqreb Open”də mübarizəyə başlayırlar

Bu gün Xorvatiyada güləş üzrə "Zaqreb Open" turnirinə start veriləcək. İlk yarış günündə Azərbaycanın 7 sərbəst güləşçisi xalça üzərinə çıxacaq. 57 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsnifatda çinli Veiyu Li ilə, eyni çəkidəki Əliabbas Rzazadə onun həmyerlisi Vanhao Zou ilə üz-üzə gələcək.

65 kq-dakı Əli Rəhimzadə 1/8 final mərhələsində polşalı Eduard Qriqorevin müqavimətini qırmağa çalışacaq.

70 kq-da Xadjimurad Qadjiyev təsnifatda italiyalı Canluka Talamoya, bu çəkidə yarışan Hacı Əliyev 1/4 finalda gürcüstanlı Giorgi Eblakidzeyə rəqib olub.

74 kq-dakı Cəbrayıl Qadjiyev təsnifatda rumıniyalı Krisztian Biroyla, 86 kq-dakı Abubakr Abakarov 1/8 finalda gürcüstanlı Tariel Qaprindaşvili ilə güləşəcək.

"Zaqreb Open" turnirinə fevralın 5-də yekun vurulacaq.