Heydər Əliyev kuboku turnirinin tarixi müəyyənləşdi

Heydər Əliyev kuboku turnirinin tarixi müəyyənləşdi

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirin tarixi dəqiqləşib. 2007-2008-ci illər təvəllüdlü idmançılar arasında təşkil olunacaq yarış martın 28-də start götürəcək.

Heydər Əliyev kubokunda qaliblərin adlarına aprelin 1-də aydınlıq gələcək. Turnirdə martın 1-də komandaların gəlmə, aprelin 2-də getmə günü olacaq.

Azərbaycanda noyabrda təşkil olunacaq 22 yaşadək boksçular arasında Avropa çempionatının tarixi bugünlərdə dəqiqləşəcək.