Fevralın 4-5-də Parisdə keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində iştirak edəcək millimizin heyətində yenidən dəyişiklik olub. Turnirdə 66 kq çəki dərəcəsində çıxış etməli olan Orxan Səfərov yüksək hərarəti və öskürəyi olduğuna görə millinin baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə yarışda iştirak etməyəcək.
O.Səfərovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.