Pəhləvanımız Zaqrebdə qızıl medala sahib çıxdı

Pəhləvanımız Zaqrebdə qızıl medala sahib çıxdı

Sərbəst güləşçimiz Əliabbas Rzazadə Xorvatiyada keçirilən "Zaqreb Open" turnirində qızıl medala layiq görülüb. 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Ə.Rzazadə ardıcıl olaraq çinli Vanhao Zou, komanda yoldaşı İslam Bazarqanov və gürcüstanlı Beka Bujiaşviliyə qalib gələrək yarımfinala yüksəlib. Finalda yaponiyalı Yuto Nişuçi üzərində qələbəyə sevinən təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

"Zaqreb Open" turnirinə fevralın 5-də yekun vurulacaq.