Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir. Bu gün Azərbaycanın daha beşgüləşçisi xalça üzərinə çıxacaq. Sərbəst güləşçilərdən92 kq çəki dərəcəsində çıxış edən Osman Nurmaqomedov 1/4 final mərhələsində ABŞ-dan olan Kollin Raymond Moore ilə üz-üzə gələcək.
97 kq-dakı Maqomedxan Maqomedov təsnifatda digər ABŞ təmsilçisi Kayl Snayderlə, 125 kq-dakı Georgi Meşvildişvili eyni raundda polşalı Robert Baranla görüşəcək.
Qadınların mübarizəsində 50 kq-dakı Mariya Stadnik 1/8 finalda özbəkistanlı Aktenge Keunimyayeva ilə, eyni çəkidəki Türkan Nəsirova təsnifatda Litvadan olan Qabiya Dilyte ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medala sahib çıxıblar.