“Vugar Gashimov Fair Play Award”ın yeni sahibləri

“Vugar Gashimov Fair Play Award”ın yeni sahibləri

Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilmiş “fair-play” mükafatının sahibləri Niderlandın Veyk-an-Zee şəhərində keçirilmiş “Tata Steel Chess” turnirində məlum olub. Vüqar Həşimov Şahmat Fondundan verilən məlumata görə, yarışın bağlanış mərasimində əsas və "challenge" yarışı üzrə fərqlənən qrosmeysterlər təltif ediliblər.

Fond tərəfindən təsis edilən mükafat əsas yarışda mübarizə aparan almaniyalı Vinsent Kaymer və "challenge"in iştirakçısı türk Mustafa Yılmaza verilib.

Hər iki şahmatçı bu mükafata ilk dəfə layiq görülüb.

“Vugar Gashimov Fair Play Award” 2016-cı ildən təqdim olunur.