Milli Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkil etdiyi cüdo məşqçiliyi sertifikatı proqramının açılış mərasimi keçirilib. Mərasimdən öncə Türkiyədə zəlzələ nəticəsində vəfat edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ACF-in baş katibi Rəşad Rəsullu və IJF Akademiyasının direktoru Envik Qalea seminarın əhəmiyyəti barədə danışıb.
Qeyd edək ki, cüdo məşqçiliyi sertifikatı proqramında 79 mütəxəssis iştirak edir.Proqramın sonunda məşqçilər IJF Akademiyasının ekspertlərinin nəzarəti altında praktiki imtahan verəcəklər.