Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnir keçirilir. 26 ölkədən 294 boksçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini slnayırlar. Millimizin iki boksçusu yarış uğurlu start verib. 54 kq çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov 1/8 final mərhələsində slovakiyalı Tibor Katona ilə üz-üzə gəlib. Döyüş N.Hüseynovun 3:2 (28*:28, 29:28, 30:27, 28:28*, 28:29) hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda Qabor Virbanla (Macarıstan) qüvvəsini sınayacaq.
Yığmanın digər boksçusu Rəşid Həsənov (71 kq) isə qırğızıstanlı Sirqak Uulu Abdijaparı yarışdan kənarlaşdırıb. O, rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:25) hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. R.Həsənov ikinci döyüşündə Yermanxan Jakpekovla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.