Cüdo üzrə yığma komandamızın üzvü Zelim Kotsoyev Olimpiya reytinqində 100 kq çəki dərəcəsində ilk pilləyə yüksəlib. 25 yaşlı idmançı buna İsrailin Tel-Əviv şəhərində keçirilən “Böyük dəbilqə” turnirində qızıl medal qazanmaqla nail olub. O, finalda bunadək reytinqə başçılıq edən niderlandlı Mixael Korrelə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hazırda idmançının aktivində 2 250 xal var.
Qeyd edək ki, Z.Kotsoyev daha əvvəl böyüklər arasında Özbəkistanın paytaxtı Daşkənddəki dünya çempionatında, İsraildə keçirilmiş Masters turnirində və Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə bürünc medal qazanıb.