Bakı Su İdman Sarayında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş su polosu üzrə “Baku Winter Cup” turniri keçirilib. Yarışın keçirilməsində əsas məqsəd idmanın bu növünə olan marağı artırmaq, su polosunun gənclər və yeniyetmələr, uşaqlar arasında daha da populyarlaşmasına nail olmaqdan ibarət olub.
Turnirdə 5 komanda qalib adı uğrunda mübarizə aparıb. Bakı Gənclər və İdman İdarəsi, Azərbaycan Üzgüçülük Federasiyası və “Qarabağ” vaterpol klubu tərəfindən keçirilən turnirdə “Qarabag-Aquatic” komandası birinci yerə layiq görülüb. “145 Qroup” komandası ikinci, “Sharks” komandası isə üçüncü yerə sahib çıxıb. Yarışın sonunda qaliblər kubok, medal, diplom və xatirə hədiyyələri ilə təltif olunublar.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində tədbirlər planına uyğun olaraq su polosu üzrə digər beynəlxalq turnirin keçirilməsi iyun ayına planlaşdırılıb. Bu yarışda yerli komandalarla yanaşı, 4 xarici ölkənin komandalarının da iştirakı nəzərdə tutulub.